Minaya düşərək ayağını itirən azərbaycanlı gəncin həyat eşqi - Magistraturaya qəbul oldu

Minaya düşərək ayağını itirən azərbaycanlı gəncin həyat eşqi - Magistraturaya qəbul oldu
SOSİAL
10:53 03.07.2024
281
Bir müddət öncə Tərtərdə minaya düşərək ayağının birini itirən BDU-nu 2022-ci ildə fərqlənmə ilə bitirmiş məzunu Həsənəli Əlizadə təhsilinin magistr pilləsi üzrə Xəzər Universitetinə qəbul olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat yayıb.

Qeyd olunub ki, o, daha əvvəl Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olsa da, təhsilini davam etdirə bilməmişdi.

Ancaq onun həyat eşqi o qədər çoxdur ki, magistraturaya təkrar hazırlaşdı və dünən məlumat aldıq ki, Həsənəli 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.
 

 

 


OXŞAR XƏBƏRLƏR