Mingəçevir Dövlət Universiteti Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olundu

Mingəçevir Dövlət Universiteti Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olundu
SOSİAL
21:38 24.03.2022
280
Mingəçevir Dövlət Universiteti (MDU) martın 22-24-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil edilən 5-ci MENA Ali Təhsil Liderlik Forumunda (The 5th MENA Higher Education Leadership Forum) təmsil olunur.

MDU-dan AZXEBER.COM-a bildirilib ki, Forum "COVID 19-dan sonrakı dövrdə ali təhsilin yenidən qurulması: daha çevik ali təhsil ekosisteminə doğru” (Re-inventing Higher Education Post COVID-19: Towards a Responsive Higher Education Eco-system) mövzusunda keçirilib.

Forumda Dünya Bankı, UNESCO, "Times Higher Education”, Beynəlxalq Universitetlər Assosiasiyası (IAU), Avropa Universitetləri Assosiasiyası (EAU) və digər beynəlxalq təşkilatların nümayəndələri, eləcə də dünyanın 60-dan artıq ölkəsindən 300-dən çox ali təhsil mütəxəssisləri və universitet rektorları iştirak ediblər. Forumun açılış mərasimində BƏƏ-nin İnkişaf və gələcək üzrə dövlət naziri giriş sözü ilə çıxış edib. Üç gün müddətində hibrid formatda davam edən Forum çərçivəsində postpandemiya dövründə ali təhsilin gələcəyi ilə bağlı müxtəlif mövzularda seminarlar, vebinarlar, plenar iclas, panel müzakirələr, keys təqdimatlar və dəyirmi masalar təşkil olunub.

Forumda fəal iştirak edən MDU-nun rektoru Şahin Bayramov "Ali təhsilin yenidən qurulması: rəqəmsallaşma və universitetlərin gələcəyi” adlı bölmədə çıxış edib. Ş.Bayramov "Yeni dövrün universitetinə çevrilmək yolunda: Mingəçevir Dövlət Universiteti təcrübəsi” (Case Study of Mingachevir State University: Becoming a New Age University) mövzusunda təqdimat edib.

Ali təhsilin gələcəyinə həsr olunan belə beynəlxalq səviyyəli tədbirdə iştirak etməkdən məmnunluğunu bildirən rektor Ş.Bayramov universitet idarəçiliyinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Forumun əhəmiyyətli platformaya çevrildiyini qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib.

Azərbaycanın dördüncü iri sənaye şəhərində fəaliyyət göstərən MDU-nun ölkənin gənc universitetlərindən biri olduğunu vurğulayan Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəflərindən bəhs edib. Yeni dövrün universitetinə çevrilməyin əsas hədəflərdən olduğunu diqqətə çatdıran rektor dayanıqlı inkişaf əsaslı universitetə transformasiyanın MDU-da əsas prioritet kimi müəyyən edildiyini bildirib.

Dayanıqlı inkişaf əsaslı universitet modelinin qlobal çağırışların və milli siyasətlərin məntiqindən irəli gəldiyini deyən Ş.Bayramov MDU-nun regional ekosistemin və innovativ inkişafın drayverinə çevrilməsi məqsədilə son dövrdə həyata keçirilən fəaliyyətlərdən danışıb, ali təhsilin məzmununun yenilənməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq və lokal əməkdaşlıqların qurulması, sənaye ilə işbirliyinin yaradılması, rəqəmsallaşma və "yaşıl kampus” konsepsiyası ilə bağlı fikirlərini bölüşüb.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar Ş.Bayramov tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Forumda Azərbaycandan ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal və Biznes fakültəsinin dekanı Elkin Nurməmmədov da iştirak ediblər.

Xatırladaq ki, 2013-cü ildən etibarən iki ildən bir keçirilən MENA Ali Təhsil Liderlik Forumu ali təhsil liderlərini və qərar qəbul edənləri bir araya gətirən aparıcı qlobal platformalardan biri hesab olunur. Builki Forum sürətlə dəyişən və texnologiyalara əsaslanan qeyri-müəyyən gələcək fonunda ali təhsilin idarə olunması perspektivləri barədə müzakirələr aparmaq, pandemiyadan öyrənilən dərslər üzərində düşünmək, innovasiyaları və dəyişiklikləri təşviq etmək üçün əldə edilən imkanları dəyərləndirmək və yeni tendensiyaları araşdırmaq, təhsil ekosisteminin adekvat və çevik olmasını təmin etmək üçün müvafiq strategiya və tövsiyələr təklif etmək məqsədi daşıyıb. Habelə rəqəmsal transformasiya, əməkdaşlıq və beynəlmiləlləşmə, sənaye və akademik tərəfdaşlıqlar, tədqiqatın təsirləri və digər məsələlərin müzakirə edildiyi Forum ali təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlıqlar üçün yeni imkanlar təqdim edir.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da geniş coğrafiyaya, elmi və akademik potensiala malik müxtəlif beynəlxalq ali təhsil platformalarında iştiraka xüsusi önəm verilir.

 

 

 

 

 

 

 

 

 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış müğənniyə ağır itki
08:15 20.07.2025
Tanınmış müğənniyə ağır itki
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük