Mingəçevir Dövlət Universiteti ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Mingəçevir Dövlət Universiteti ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
SOSİAL
13:33 11.04.2026
641
2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə "Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb.
 
AZXEBER.COM xəbər verir ki, memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti "Rabitəbank” ASC-nin baş ofisində olub.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, universitet–sənaye əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə rektor Anar Eminov və "Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov arasında əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

İmzalanmış Memorandum universitet ilə bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.

Sənədə əsasən, əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:

maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
birgə sosial və innovativ layihələrin həyata keçirilməsi;
informasiya texnologiyaları, kibertəhlükəsizlik və fintech sahələrində əməkdaşlıq, o cümlədən təlim, hackathon və yarışların təşkili;
məzunların məşğulluğunun artırılması məqsədilə karyera günlərinin təşkili, işə qəbul prosesinə dəstək və peşəkar inkişaf üzrə konsultasiyaların keçirilməsi.
 
Görüş çərçivəsində həmçinin, MDU-da yeni yaradılan "Tədqiqat Mövzu Hovuzu Platforması”na bank və bankçılıq, eləcə də rəqəmsal həllər sahəsinə aid real mövzuların təqdim olunması, bu mövzular üzrə elmi rəhbərlərin təyin edilməsi, eləcə də müvafiq ixtisas fənləri üzrə tədris proqramlarının təkmilləşdirilməsi, praktik yönümlü modulların genişləndirilməsi və sənaye tələblərinə uyğun kurikulumların formalaşdırılması kimi məsələlər də müzakirə olunub.
 
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
19:28 15.09.2026
Finlandiya Ukraynaya 290 milyon avro dəyərində 34-cü hərbi yardım paketini göndərəcək
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
19:07 15.09.2026
Qida borunuzda çat yaradan içkilər – Hər gün içirik
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
18:50 15.09.2026
Kriştiano Ronaldo "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
18:39 15.09.2026
"Ayaks" Mali millisinin üzvü İv Bissumanı heyətinə qatacaq
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
18:27 15.09.2026
ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində dəyişikliklər gözləyir
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
18:13 15.09.2026
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
18:03 15.09.2026
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”