Mingəçevir Dövlət Universitetində “Journal of Scientific Vectors” jurnalı təqdim olundu

Mingəçevir Dövlət Universitetində “Journal of Scientific Vectors” jurnalı təqdim olundu
SOSİAL
15:34 01.05.2026
290
Mingəçevir Dövlət Universitetində "Journal of Scientific Vectors” jurnalı təqdim olunub.

Mingəçevir Dövlət Universitetində yeni elmi jurnal — "Journal of Scientific Vectors” təqdim olunub. Jurnal universitetin qlobal elmi mühitə inteqrasiyası və tədqiqat fəaliyyətinin beynəlxalq səviyyədə təqdim olunması məqsədini daşıyır.

Açıq çıxışlı və rəyçi əsaslı platforma kimi fəaliyyət göstərəcək jurnal multidisiplinar yanaşmanı əsas götürərək müasir dövrün aktual istiqamətlərini əhatə edir. Buraya davamlı iqtisadi inkişaf, yaşıl iqtisadiyyat, enerji transformasiyası, data analitikası və süni intellekt kimi sahələr daxildir.

Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi Firuzə İskəndərova bildirib ki, jurnal universitetin elmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək. Onun sözlərinə görə, əsas hədəflərdən biri nəşrin nüfuzlu elmi bazalarda indeksləşdirilməsidir.
Qeyd edək ki, bu təşəbbüs universitetin beynəlxalq akademik əlaqələrinin genişlənməsinə və elmi nəticələrin daha geniş auditoriyaya çatdırılmasına əlavə imkanlar yaradır.
 

 


OXŞAR XƏBƏRLƏR