Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı - RƏSMİ AÇIQLAMA

Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı - RƏSMİ AÇIQLAMA
SOSİAL
13:10 05.07.2018
6065
Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb. 
 
AZXEBER.COM nazirliyin saytına istinadən bildirir ki, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.
 
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb
 
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
 
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 
 
OXŞAR XƏBƏRLƏR