Mingəçevir İES-də bədbəxt hadisə - 34 yaşlı fəhlə faciəvi şəkildə öldü

SOSİAL
22:58 27.08.2019
10798
Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR