Mingəçevir su anbarında batan şəxsin axtarışlarına təyyarə cəlb edildi - VİDEO

Mingəçevir su anbarında batan şəxsin axtarışlarına təyyarə cəlb edildi - VİDEO
SOSİAL
15:02 16.10.2023
186
11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

Bu barədə AZXEBER.COM-a nazirlikdən məlumat verilib. 

Bildirilib ki, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin "BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.
 
Əlavə məlumat veriləcək.
 

OXŞAR XƏBƏRLƏR