Mingəçevirdə 3 yaşlı körpə göldə boğuldu

Mingəçevirdə 3 yaşlı körpə göldə boğuldu
SOSİAL
14:47 28.03.2018
6571
Mingəçevir şəhərində üç yaşlı körpə göldə boğularaq ölüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə Kür çayı sahilində yerləşən axmazlardan birində baş verib.

Belə ki, Mingəçevir şəhər sakini, 2015-ci il təvəllüdlü Şahin Hicran oğlu İskəndərli ehtiyatsızlıqdan gölə düşərək boğulub. Ətrafdakıların köməyi ilə sudan çıxarılan körpənin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

OXŞAR XƏBƏRLƏR