Mingəçevirdə 55 yaşlı kişi küçədə BIÇAQLANDI

Mingəçevirdə 55 yaşlı kişi küçədə BIÇAQLANDI
SOSİAL
13:25 17.08.2025
368
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM OXU.AZ-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 01 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.

Şəhər sakini, 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR