Mingəçevirdə ana və iki oğlu bıçaqlandı

KRİMİNAL
12:50 08.07.2014
3371
Mingəçevirdə bir neçə nəfər bıçaqlanıb.
Mingəçevir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliyaya bıçaq xəsarətləri yetirib.
Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

OXŞAR XƏBƏRLƏR