Mingəçevirdə ət kombinatı ərazisində yanğın oldu

Mingəçevirdə ət kombinatı ərazisində yanğın oldu
HADİSƏ
21:03 19.04.2025
350
Mingəçevirdə ət kombinatı ərazisində yanğın olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində yerləşən və hazırda fəal istismar olunmayan kombinat ərazisində baş verib. Hadisə yerinə çatan yanğınsöndürmə briqadasının çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb.


Məlumata görə, yanğın soyuducunun yerləşdiyi hissədə qeydə alınıb. O da daxil bir neçə kvadrametrlik ərazidə olan əşyalar yanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR