Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
SOSİAL
13:27 08.03.2026
473
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.

Hadisə Mingəçevir şəhərində "Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.

İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.

Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.
 
///qafqazinfo
OXŞAR XƏBƏRLƏR