Mingəçevirdə həyətdə insan skletləri tapıldı

Mingəçevirdə həyətdə insan skletləri tapıldı
SOSİAL
17:34 16.10.2021
637
Mingəçevir şəhərində fərdi təsərrüfatlardan birində insan skletləri üzə çıxıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhər sakini Elçin Namazov həyətində qazıntı apardığı zaman insan skletinin qalıqlarına rast gəlib.

Hadisə barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verilib. Araşdırmalar zamanı ərazidən daha bir meyit qalığı üzə çıxıb.

Əldə olunan ilkin məlumata görə, həyətin ərazisi vaxtilə qəbiristanlıq kimi istifadə olunub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR