Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü
SOSİAL
20:55 04.03.2026
321
Mingəçevirdə bədbəxt hadisə baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə şəhərdə "Dəli Kür” restoranı yaxınlığında yerləşən yarımstansiya ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Mahmudov Zaur Musa oğlu ərazidə iş gördüyü zaman onu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.