Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO

Mingəçevirdə kişi atasının məzarı yanında yaralı halda tapıldı - VİDEO
HADİSƏ
21:52 18.04.2025
880
Mingəçevirdə 31 yaşlı kişi məzarlıqda yaralı halda tapılıb.

Hadisə "Mingəçevir kənd qəbiristanlığı" adlanan məzarlıqda baş verib.

Şəhər sakini Samir Mirzəyevin atasının məzarı yanına gələrək özünə müxtəlif dərəcəli xəsarətlər yetirdiyi bildirilir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, boyun nahiyəsinin və hər iki saidin kəsilmiş, çapılmış yaraları diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib. Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyəti orta ağırdır.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ətraflı Baku TV-nin süjetində:

OXŞAR XƏBƏRLƏR