Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var

Mingəçevirdə məktəblilər arasında kütləvi dava olub, xəsarət alan var
SOSİAL
22:02 04.04.2018
8726

Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.

Hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb. 

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.

///Report.az

OXŞAR XƏBƏRLƏR