Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, "Mercedes" və "VAZ-21099" markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.