Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib.
2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.