Mingəçevirdə maşın iki piyadanı vurub. AZXEBER.COM-un Unikal-a istinadən məlumatına görə, "Ford tranzit" markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.