Mingəçevirdən olan şəhid dəfn edildi

Mingəçevirdən olan şəhid dəfn edildi
SOSİAL
13:31 14.09.2022
173
Ermənilərin Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan, 30 iyun 2003-cü il təvəllüdlü Rzayev Tərlan Pərviz oğlu doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb.

Tərlan Rzayevin dəfn mərasimində hərbçi dostları, şəhər icra hakimiyyətinin rəsmləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və minlərlə şəhər sakini iştirak edib.

Şəhid Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.
OXŞAR XƏBƏRLƏR