Minifutbol millimiz 1/8 finala vəsiqə qazandı

Minifutbol millimiz 1/8 finala vəsiqə qazandı
İDMAN
20:56 25.05.2025
300
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

AZXEBER.COM xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Mirmehdi Rzayev vurub.

Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
OXŞAR XƏBƏRLƏR