Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
İDMAN
22:23 27.05.2025
936
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.

AZXEBER.COM xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi yığma 1/8 finalda son dünya çempionu Rumıniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq oynayan (3:1) komandamız növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Azərbaycan 1/4 finalda İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.
OXŞAR XƏBƏRLƏR