Minik avtomobili “Azpetrol”-un maşınına çırpıldı - FOTO

Minik avtomobili “Azpetrol”-un maşınına çırpıldı - FOTO
SOSİAL
11:14 19.06.2022
279
Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

"Azpetrol” MMC-yə məxsus "Man” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar. Xəsarət alanlardan 2-nin hərbi qulluqçu olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
 

 


OXŞAR XƏBƏRLƏR