Minik avtomobili ilə yük maşını toqquşdu: 2 ölü, 1 yaralı

MAQAZİN
10:37 07.06.2012
1852
Ötən gün Yevlax-Mingəçevir yolunun 19-cu km-də 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. AZXEBER.COM-un Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus VAZ markalı minik avtomobili yolun kənarında dayanmış, sahibi məlum olmayan QAZ markalı yük avtomobilinə çırpılaraq qəzaya uğrayıb.Nəticədə VAZ markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü E.Ə.Hüseynov avtomobildə olan 3 nəfər sərnişindən 1972-ci il təvəllüdlü Tərlan Qurbanəli oğlu Hümbətov müxtəlif bədən xəsarətlərilə təcili yardım tərəfindən Yevlax rayonu mərkəzi xəstəxanasına aparılıb.Avtomobildə olan digər şəxsiyyəti məlum olmayan 2 kişi aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 18:15-də yanğınsöndürənlər tərəfindən başa çatıb.

OXŞAR XƏBƏRLƏR