Minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb

Minik avtomobili TIR-la toqquşub, iki nəfər ölüb
SOSİAL
11:25 17.09.2023
907

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.

"KIA” markalı minik avtomobilinin yük maşını (TIR) ilə toqquşması nəticəsində iki nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR