Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var

Minik və yük avtomobilləri toqquşdu - Xəsarət alan var
SOSİAL
10:57 22.04.2018
9787
Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, "Mal bazarı" adlanan ərazidə baş verib.

Hərəkətdə olan "VAZ21015" markalı minik və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində "VAZ21015" -də olan sərnişin, 1977-ci il təvəllüdlü Əziz İsgəndərov bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR