Minlərlə insan Tarık Akanı son mənzilə belə yola saldılar - FOTOLAR

Minlərlə insan Tarık Akanı son mənzilə belə yola saldılar - FOTOLAR
DÜNYA
10:34 19.09.2016
1604

Xərçəng xəstliyindən vəfat edən tanınmış türk aktyor Tarık Akan dəfn edilib.

Aktyorla vida mərasimi Muhsin Ertuğrul Teatrında başlayıb.

T.Akanın yüzlərlə sevəni teatra axışıb, hətta bir çoxlarına yer olmadığı çöldə qalıblar. İzdiham yaşandığı üçün bəziləri əzilmək təhlükəsi ilə üzləşiblər.

Mərasimdə T.Akanın sənətçi həmkarları və siyasətçilər də iştirak ediblər.

Teatrda vida mərasimi bitdikdən sonra Teşfikiyə məscidində minlərlə insanın iştirak ilə cənazə namazı qılınıb. Aktyorun Türkiyə bayrağına sarılmış tabutu alqışlarla son mənzilə yola salınıb.

Qeyd edək ki, 66 yaşında vəfat edən T.Akan 1971-ci ildə başlayan aktyorluq karyerasında 111 filmdə və 4 serialda rol alıb. (axsam.az)

OXŞAR XƏBƏRLƏR