Minlərlə insanın seçimi ODUR – Siz də tanıyın!

SAĞLAMLIQ
12:46 15.06.2018
46276
O sizi "kukla burun”la yox, təbii burunla təmin edir

KLİNİK.AZ tibb portalı "Təbii burun estetik cərrahiyyəsini ən yaxşı icra edən cərrah kimdir?” sualı ilə saytda keçirdiyi virtual sorğuya yekun vurub.

AZXEBER.COM xəbər verir ki, saytın virtual sorğusu gərgin rəqabət şəraitində keçib və 7 cərrah arasından Dr. Hüseyn Məmmədov respondetlərin 22 faizinin səsini qazanaraq qalib olub.

Ölkəmizin ən məşhur və peşəkar qulaq-burun-boğaz cərrahlarından olan Dr. Hüseyn Məmmədov Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Ali məktəbi bitirdikdən sonra Türkiyə və Avropanın müxtəlif dövlətlərində kurslarda iştirak edərək, bu sənətin incəliklərinə yiyələnib. 

Hazırda Health Baku Medical Center Klinikasında çalışan Dr. Hüseyn Məmmədov böyüklərdə və uşaqlarda rinoplastika, tonzillektomiya, adenotomiya, septoplastika, haymoratomiya, endoskopik qulaq tüpünün qoyulması, endoskopik sinus cərrahiyyəsi və bütün qulaq-burun-boğaz xəstəliklərinin konservativ müayinə və müalicəsini həyata keçirir.

Hər il minlərlə xəstəyə şəfa bəxş edən Dr. Hüseyn Məmmədov təbii burun estetik cərrahiyyəsini ən yaxşı icra edən cərrahlardan biri və birincisi sayılır. Əksər hallarda təbii burun estetik cərrahiyyəsi etdirən xəstələr "kukla burun”a sahib olsalar da, Dr. Hüseyn Məmmədov ona müraciət edən xəstələri təbii burunla təmin edir, əməliyyat sonrası onlarda heç bir nəfəs darlığı və digər problemlər yaranmır.

Dr. Hüseyn Məmmədovun çoxminlik xəstələri arasında ölkəmizin tanınmış müğənniləri, sənət adamları, eyni zamanda xarici ölkədən təşrif buyuran insanlar yer alır.

 
Dr. Hüseyn Məmmədovun  qəbuluna yazılmaq istəyənlər üçün əlaqə nömrəsi:


(055) 669-59-73; (055) 206-66-09

OXŞAR XƏBƏRLƏR