AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak üzrə mütəxəssislər bildirirlər ki, ipoteka kreditlərinin ayrılması bazarda müəyyən durğunluğu aradan qaldıra bilər.
Son aylarda alıcıların aktivliyi zəifləsə də, yeni kredit limitləri yenidən bazara müştəri axını yaradır.
Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, son beş ildə satılan çıxarışlı mənzillərin 60 faizdən çoxu kredit şərtləri ilə alınıb. Bu kreditlərin əhəmiyyətli hissəsi isə dövlət ipoteka proqramı hesabına rəsmiləşdirilib. Qiymətlərin yüksəlməsi səbəbindən artıq ipoteka ilə ev alan vətəndaşların böyük hissəsi paytaxtın mərkəzi ərazilərindən daha çox bakıətrafı qəsəbələrə və rayonlara üz tutur. Çünki ipoteka ilə alınan mənzillərin qiyməti mərkəzi ərazilərdə xeyli yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, hazırda mərkəzi ərazilərdə mənzil almaq istəyən şəxslər ipoteka limitindən əlavə müəyyən məbləği də özləri ödəməlidirlər. Bu səbəbdən bazarda alıcıların böyük hissəsi daha münasib qiymətli bakıətrafı ərazilərə yönəlir.










































