Minsk qrupunun həmsədrləri Qarabağa getməyəcək

SİYASƏT
16:00 03.02.2014
901

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 5-də İrəvana səfər edəcəklər.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan KİV-ə bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibiTiqran Balayanməlumat verib.Onun sözlərinə görə, həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) İrəvanda yüksək səviyyəli görüşlər keçirəcəklər.Vasitəçilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna səfərləri nəzərdə tutulmayıb. Erməni mətbuatının diplomatik mənbəyə istinadən yaydığı xəbərdə səbəb kimi texniki problem göstərilib.Həmsədrlər regiona səfərini bu gün Azərbaycandan başlayıb.

OXŞAR XƏBƏRLƏR