Miqrantlar virus daşıyıcılarıdır?

MARAQLI
15:26 31.01.2013
1480

AİDS/QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyası, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsi, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır.Bütün bunlar bir qayda olaraq ölümlə nəticələnir.

Azərbaycanın həssas bölgələrində- Lənkəran, Sumqayıt və Gəncədə builki sorğu nəticələrinə görə hamilə qadınlar arasında HİV virusunun aşkarlanması daha çox qeydə alınıb.

Qadınlar və kişilər arasında HİV sorğu nəticələrinin nisbətində qadınlarda daha çox görülməkdədir. Statistik araşdırmalarda bu nəticəyə varılmasının kökündə isə ölkəyə daxil olan miqrantların böyük bir hissəsinin qadınlar olduğu ortaya çıxır. Miqrant qadın HİV daşıyıcıları isə adətən, gizli işlədikləri və yaşadıqları üçün xəstəlikləri uzun müddət aşkarlanmır. Nəzərə alanda ki. HİV-ə yoluxmuş şəxs uzun müddət heç bir simptom hiss etmir və sağlam həyat tərzi sürür.

Hər il ölkədən iş yeri tapmaq üçün inkişaf etmiş ölkələrə insanların getdiyi kimi, Azərbaycana da başqa ölkələrdən iş tapmaq üçün miqrantlar axın edir. Miqrantların sayı, daha doğrusu qanunsuz miqrantların sayı iki il əvvəlki ilə müqayisədə azalsa da, ölkəyə miqrantların axını davam edir. Miqrantlar daha çox Çin, Pakistan, Ukrayna və Gürcüstandan Azərbaycana üz tutur. Gələn miqrantların kişi cinsinə aid olanları daha çox tikinti obeyktlərində, qadınlar isə iaşə obyektlərində, kafe və barlarda özünə iş tapır. Praktika göstərir ki, miqrantların ölkəyə daxil olduğu müddətin ikinci rübündə onlar müxtəlif xəstəliklərə tutula bilirlər. Qanuni şəkildə ölkəyə daxil olan miqrantlar müxtəlif analiz və yoxlamalardan keçdikləri üçün nadir hallarda hansısa xəstəliklərini gizlədə bilirlər. Onlar adətən, düzgün qidalanmamaq, iqlim şəraitinə uymamaq nəticəsində xəstəliklərə asanlıqla yoluxa bilirlər.

Ümumdünya Səhiyyə Təşkilatının Qaydalarına əsasən, miqrant xəstələndiyi ölkədə müalicə almalıdır. Müalicə müddətində onun damğalanması, cəmiyyətdən xaric edilməsi isə Konvensiyaya görə İnsan Haqlarına ziddir.

İnsan həyatı üçün təhlükəli hesab edilən, bir müddət davam etdikdən sonra ölümlə nəticələnən HİV virusuna yoluxduqda isə durum dəyişir. Konvensiyaya qoşulmuş ölkələrdə miqrant HİV virusuna yoluxursa, bu keçici xəstəlik olduğuna görə miqrant ölkədən deportasiya edilə bilər. Və yaxud da öz ölkəsinə göndərilməkdən imtina edirsə, üçüncü-Konvensiyaya qoşulmuş ölkəyə deportasiya edilə bilər. Miqrantı ölkədə saxlayıb müalicə etdirib etdirməmək isə ölkənin öz ixtiyarındadır.

İnsan Haqlarının müasir dünyadan və Konvensiyaya daxil olmuş ölkələrdən tələbi miqrantların qayğısına qalmaq, yoluxduqları virusdan yerindəcə müalicə etməkdir. Miqrantı damğalamaq insan haqlarına ziddir.

Lalə Səlimova

OXŞAR XƏBƏRLƏR