Miras davası qanla bitdi - Nəvə babasına 70 bıçaq zərbəsi vurdu

DÜNYA
12:56 10.02.2025
204
Hindistanın Heydərabad şəhərində Janardhan Rao miras mübahisəsi zəminində nəvəsi Kirti Teja tərəfindən bıçaqlanaraq öldürülüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, faciəvi hadisə zamanı Rao 70 bıçaq zərbəsi alıb, onun qızı Sarojini Devi də yaralanıb.
 
Hadisə ilə bağlı istintaq davam edir, Raonun nəvəsi həbs olunub.

"Times of India” qəzetinin yazdığına görə, nəvə 86 yaşlı iş adamını öz əmlakını ailə üzvləri arasında bərabər bölüşdürməməkdə ittiham etdikdən sonra qəzəblənib.
 
Hücumdan sonra qaçan Teia qətlin baş verdiyi evin yaxınlığında tutularaq həbs edilib.
 
Hadisə zamanı Teianın anasının ona mane olmağa çalışdığı və proses zamanı yaralandığı bildirilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR