Mirasa görə 16 yaşlı qardaşı oğlunu yandırdı - FOTO

Mirasa görə 16 yaşlı qardaşı oğlunu yandırdı - FOTO
DÜNYA
14:23 24.06.2025
333
Əmi miras mübahisəsinə görə, 16 yaşlı qardaşı oğlunu yanıcı maye ilə yandırıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib.
 
Belə ki, cinayəti törədən şəxsin illərlə öz qardaşı arasında miras davası olduğu bildirilib. Həmin şəxs cinayəti əvvəlcə öz qardaşının boynuna atmağa çalışıb.
 
Lakin təhlükəsizlik kameraları onun yalanını ortaya çıxarıb. Gənc Deniz K. ağır yanıq xəsarətləri ilə xəstəxanada müalicə olunur. Əmisi isə tutularaq polisə təhvil verilib.
 
Yanmış gəncin atası hadisədə qardaşının əli olduğunu və onun ən ağır cəzanı almasını istədiyini bildirib.

Oksana

 

 


OXŞAR XƏBƏRLƏR