Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR

Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
SOSİAL
12:18 10.03.2026
384
Yazıçı Mirhicab Abdullayevin növbəti kitab təqdimatı keçirilib.

Onun "Kənan & Aylin" adlı yeni kitabı işıq üzü görüb.

Təqdimat "Kitab Evin" bookcafe məkanında baş tutub. Sözügedən əsərdə hadisələr əsasən Bakı şəhərində yerləşən nazirliklərdən birinin aparatında cərəyan edir. Baş rol qəhrəmanları və digər prototiplərin çoxu həmin aparatın işçiləridir. Əsərin əsas süjet xəttində xəyanət, vicdan əzabı, ictimai qınaq və eşqin gücü kimi mövzular əsas rol oynayır.

Tədbirdə müəlliflə yanaşı, "Kitab Evin" bookcafe-nin rəhbəri Rzaqulu Məmmədov, yazıçı Kəramət Böyükçöl və digərləri çıxış ediblər. 

Qeyd edək ki, Abdullayev Mirhicab Seyidəhməd oğlu 1987-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində dünyaya göz açıb. O, 2004-cü ildə Pirhəsənli kənd orta məktəbini bitirdikdən sonra elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. 2008-ci ildə İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Bu, yazıçının ikinci kitabıdır. Mirhicab Abdullayevin daha əvvəl "Əks qütblərin dostluğu" adlı iki cildlik romanı da təqdim olunub. Həmin romanda isə personajlarının çoxu əsasən eyni kəndin adamlarıdır. Əsas baş rol qəhrəmanları eyni kənddən olan və fərqli yollarda həyatlarına davam edən iki oğlandır. Əsərin mövzusu onların uşaqlıqlarından yetişkinlik dövrlərinə kimi başlarına gələn hadisələrdən ibarətdir. Və həmçinin əsərin əsas süjet xətti bu iki fərqli yol insanının dostluğuna əsaslanır.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR