Miri Qənbərovdan Maksim Musayevə cavab gəldi

SİYASƏT
16:34 17.05.2013
2489

Sabiq millət vəkili Maksim Musayevin YAP rəhbərliyini ittiham edən açıqlaması, onları Heydər Əliyev idealarına dönük çıxmaqda günahlandırması hakim partiya rəsmiləri tərəfindən ciddi təpki ilə qarşılanıb.

Maksim Musayevin özünün müstəqil əldə etdiyimiz ilk illərdə Ayaz Mütəllibova, sonradan isə ulu öndər Heydər Əliyevə yaranması fonunda onun bu açıqlaması siyasi kluarlarda səmimi qəbul olunmayıb. 

Sabiq millət vəkili Miri Qənbərov da Maksim Musayevi qınayanlar arasındadır.

AZXEBER.COM-a açıqlamasında o bildirib ki, Maksim Musayevin fikirləri ilə qətiyyən razılaşmır:

“Əslinə qalsa, Maksim Musayevlə biz ayrı-ayrı dönəmlərdə parlamentdə təmsil olunmuşuq. Bu səbəbdən hər hansı şəxsi tanışlıq münasibətlərimiz yoxdur. Onun hazırda nə işlə məşğul olmasına və son açıqlamasından xəbardar deyiləm. Hesab edirəm ki, YAP Heydər Əliyev siyasi kursu uğura davam etdirir və partiya rəhbərliyində təmsil olunan funksionerlər bu kursa sədaqətlə xidmət göstərirlər”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR