Xalq artisti Miri Yusif və AISEL "Sənin üçün” adlı yeni duetlərini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, sözləri və musiqisi YAP10 (Zamiq Əliyev) və SAYBU-ya (Səbuhi Məcnunlu) məxsus bəstə yutub platformasında yayımlanıb.
"Sənin üçün”ə Röyal Cəfərov ekran həyatı verib. Mahnının aranjimanı Arif Zeynalova, miks və masterinqi isə Oleq Naumova məxsusdur.