Miri Yusif narkotiklə tutulub? - Açıqlama

Miri Yusif narkotiklə tutulub? - Açıqlama
SOSİAL
13:48 28.03.2016
14723
Tanınmış reper Miri Yusif (Mirbabayev Mir Yusif Mir Heydər oğlu ) bu günlərdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub.
Mənbəmiz bildirib ki, Miri Yusif və onunla birlikdə olan Etibar adlı şəxs (“Pulya Etibar” kimi tanınır) əməliyyatçılar tərəfindən saxlanılıb. Onların üzərindən narkotik maddə kokain aşkarlanıb. Miri Yusif və dostu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıblar. Bir neçə saatlıq araşdırmalardan sonra Miri Yusif azad edilsə də, Etibar adlı şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, faktla bağlı araşdırmalara başlanılıb.
Məsələyə aydınlıq gətirmək üçün müğənninin mətbuat katibi Emin Əfəndi bildirib ki, müğənninin saxlanılması xəbəri həqiqəti əks etdirmir: “Bu yanlış məlumatdır, cəfəngiyyatdır. Miri Yusif saxlanılmayıb”.
DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə açıqlamasında deyib ki, hadisədən xəbərsizdir: “Bu haqda məlumatım yoxdur. Araşdırıb ətraflı məlumat verərəm”.
musavat.com
OXŞAR XƏBƏRLƏR