Xalq artisti Miri Yusif musiqisi özünə, sözləri Orxan Abbasov və Emin Məmmədova məxsus "Üzbəüz" layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, süni intellektlə hazırlanmış layihə sənətçinin rəsmi YouTube kanalında və bütün əsas musiqi platformalarında yayımlanıb.
Klip real hadisələr əsasında çəkilib və ssenarinin müəllifi də Miri Yusifdir. Ekran işində diqqətçəkən məqamlardan biri baş rolda Xalq artistinin oğlu Mir Hüseynin simasından istifadə olunmasıdır.
Bu yanaşma layihəyə həm emosional, həm də texnoloji baxımdan fərqli çalar qatıb.
Bəstənin aranjemanı Kazım Can tərəfindən hazırlanıb. Layihənin süni intellekt üzrə direktoru isə Müseyib Qasımovdur.
Aysel










































