Miri Yusifin konsertinə bilet tapmayanlara xoş xəbər

Miri Yusifin konsertinə bilet tapmayanlara xoş xəbər
MAQAZİN
13:01 16.11.2017
2991
Miri Yusif konserti 3 gün keçirmək qərarına gəlib.
 
AZXEBER.COM xəbər verir ki, respublikanın əsas səhnəsi sayılan Heydər Əliyev sarayında konsertə hazırlaşan Miri Yusif fanatlarını növbəti dəfə sevindirib.
 
Sevilən sənətçi planlarında dəyişiklik edərək, 2 gün deyil, 3 gün konsert verəcəyini açıqlayıb. Mügənnini ilk baxışdan riskli görünə biləcək bu addımı atmağa 2 günlük konsertə demək olar, biletlərin hamısının satılması olub.
 
Sənətinə olduğu kimi, "ruh əkizləri" adlandırdığı fanatlarına da böyük hörmətlə yanaşan Miri Yusif hər zaman onlarla ünsiyyətdə olmaqdan zövq aldığını və hər konsertdən sonsuz enerji topladığını durmadan vurğulayıb.
 
Sənətçinin sözlərinə görə,  o, Miri Yusif musiqisini sevən  və onu səhnədə izləmək  arzusunda olan hər bir pərəstişkarını konsertdə görmək istəyir. Məhz buna görə də, konserti 8, 9 və 10 dekabr tarixlərində, yəni 3 gün keçirmək qərarına gəlib.

Solo karyerasına başladığı anda olduğu kimi, bu dəfə də SS Production müğənninin əsas dəstəkçisi kimi çıxış etməkdədir.
OXŞAR XƏBƏRLƏR