Mirkamil xəstəliyi haqqında şok faktları açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”

Mirkamil xəstəliyi haqqında şok faktları açıqladı: “Həkim mənə 7 morfin iynəsi vurdu”
MAQAZİN
11:08 12.11.2018
3682
"Mənə qarşı düşmənçiliklər səngimir. Dövlətimizdən, bütün prokurorluqdan, Daxili İşlər Nazirliyindən və bütün böyüklərimizdən xahiş edirəm ki, Şamaxıda doğulduğum xəstəxanada sənədlərim və arxivim araşdırılsın. Ciddiyəm. Bu düşmənçiliyin arxasında doğmalarım varsa belə, bağışlayıram. Bütün bacılara canım qurban, mən 3 bacı itirmişəm və bununla bağlı Şamaxı xəstəxanasından məlumat istəyirəm. Əgər bilə-bilə öldürüblərsə, yenə də Allah rizası üçün bağışlayıram. Amma bilim ki, niyə indiyə qədər mənə qarşı belə düşmənçiliklər ediblər”.

Bu sözləri son günlərdə sosial şəbəkələrdə qəribə statusları ilə diqqət çəkən müğənni Mirkamil Kamilov yazıb. Sənətçi daha sonra xəstəliyi haqqında dəhşətli faktların üstünü açıb. O, bildirib ki, həkim ona narkotik asıllığı yaradan 7 morfin iynəsi vurub:

"2013-cü ildə İranda mənə 7 morfin vurulmağında kimlərin əli olduğunu dövlətimizdən araşdırmasını istəyirəm və xahiş edirəm. Çünki əməliyyatda olduğum vaxt iranlı bir biznesmen qiyməti aşağı salmağa gəlmişdi. O insan kim tərəfindən oraya göndərilmişdi, həkimlə nə danışığı olub ki, həkim mənə 17 min dollar endirim edib? Bildiyiniz kimi, İranda xarici vətəndaşlara üçqat qiymət oxunur. Xeyir ola ki, mən azərbaycanlı ola-ola həmin həkim biznesmenlə söhbətdən sonra bu qədər endirib edib. Tehranın mərkəzində yerləşən xəstəxananın adı Kesradidir. Xahiş edirəm ki, araşdırılsın görüm ölümümü hansı doğmam əyləncəli şəkildə seyr etmək niyyətində olub. Bəlkə də vaxtı ilə bacılarımı da xəstəxanada öldürtdürüblər. Arxiv araşdırılsa, cinayətin arxasında kimlər varsa, üzə çıxacaq. Xalqın içindən gəlmişəm, çobanam, amma bilmək istəyirəm ki, nə səbəbə ölümüm bu qədər macəralı olub o insanlara”.

İfaçı daha sonra bildirib ki, onun səhhətinə zərər verənləri məhkəməyə verəcək:

"Demişdim ki, dəyən ziyanları çatdırın, çatdırsaydınız, bu söhbət bu qədər uzanmayacaqdı. İndi həmin insanların bank hesablarını donduracağam. Artıq film başladı. Həkimin adı Mandeqardidir, özü də farsdır. Demişdim ki, ölümünə də olsa, bu işin axırına çıxacağam. Bağışlayacam, amma hərənizə bir patron hədiyyəm olacaq. Bir çox cinayətlərin üstü açılacaq, xahiş edirəm ki, dəstək olun, görək bu vətən xainləri, satqınlar kimlərdir...”

Qeyd edək ki, "Xalq ulduzu” müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov gənc ifaçı "mirkamilofficial” adlı hesabında müxtəlif mövzularda - "vor”ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb. Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.
 
///Publika.az
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
18:25 17.03.2025
Nüşabə Ələsgərli ilk dəfə nəvəsini göstərdi - FOTO
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib