Mirkamildən qəribə paylaşımlar - “Sizi doğrayıb, tikənizi özünüzə yedirdəcəyəm”

Mirkamildən qəribə paylaşımlar - “Sizi doğrayıb, tikənizi özünüzə yedirdəcəyəm”
MAQAZİN
23:32 07.11.2018
8639
"Xalq ulduzu" müsabiqəsi ilə populyarlaşan müğənni Mirkamil Kamilov instaqramda qəribə paylaşımları ilə diqqət çəkir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, gənc ifaçı "mirkamilofficial" adlı hesabında müxtəlif mövzularda - "vor"ların, siyasətçilərin, sənətçilərin fotolarını paylaşaraq şərh bildirir.

Müğənni demək olar ki, səhifəsində yaradıcılığı ilə bağlı heç bir məlumat vermir.  Hətta Mirkamilin hesabındakı qəribə paylaşımları sosial şəbəkə istifadəçilərini, pərəstişkarlarını narahat etməyə başlayıb.  Onlar dəfələrlə postlara rəy yazaraq Kamilovun psixoloji problemlərinin olduğunu qeyd ediblər.

İlk dövrlərdə səhifəni Mirkamilin istifadə etmədiyi deyilsə də, müğənni hesabı özü idarə etdiyini, statusların ona məxsus olduğunu vurğulayır.

Bundan əlavə, ifaçı onun paylaşımlarını tənqid edənləri "söhbətə çağırır", bəzən isə təhqir edir.
 
 
Mirkamil "777" və "Vaşaq" sözlərindən demək olar ki, hər statusunda istifadə edir, eyni fotoları dəfələrlə paylaşır.  İstifadəçilər Mirkamildən dəfələrlə "777"in mənasını soruşub. O, bu rəqəmlərin doğum tarixi ilə bağlı olduğunu vurğulayıb- "07.07. 1986!"

M. Kamilovun 60 minə yaxın izləyiciləri sırasında xalası, xalq artisti Mələkxanım Əyyubova da var. Yəqin ki, o da bacısı oğlunun bu halından xəbərdardır. İstifadəçilər dəfələrlə xanəndənin adını paylaşımlara işarələyərək Mirkamilə kömək etməsini xahiş ediblər. Ancaq o, heç bir reaksiya verməyib.

Mövzu ilə bağlı xalq artisti ilə əlaqə saxlayaraq M. Kamilovun vəziyyəti barədə suallar ünvanlayıb. O, məsələdən yayınaraq "Üzrlü sayın, bu mövzuda danışmayacam" deyib.

Mirkamil isə zənglərə cavab verməyib.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
17:06 17.03.2025
ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
17:05 17.03.2025
Alen Simonyan: Paşinyanın mayın 9-da Moskvaya səfər planlarından xəbərsizəm
Bakıda kişi restoranda iftar zamanı öldü
16:48 17.03.2025
Bakıda kişi restoranda iftar zamanı öldü
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
16:42 17.03.2025
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
16:37 17.03.2025
"Çayxanalarda vaxt keçirməkdənsə, burada faydalı işlə məşğuluq" - Bu gənclər sizi təəccübləndirəcək
Türkiyədə silahlı hücum baş verdi
16:35 17.03.2025
Türkiyədə silahlı hücum baş verdi
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
16:22 17.03.2025
Məleykə Abbaszadədən çağırış - AYB üzvlərini dil imtahanlarından keçsin
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır
16:17 17.03.2025
Bakıda keçmiş “Şuşa” restoranının yerində park salınır