“Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR - VİDEO

“Mirvari park”dakı yanğında xəsarət alanlarla bağlı SON XƏBƏR - VİDEO
SOSİAL
13:57 10.07.2022
305
Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yerləşən "Mirvari park” yaşayış kompleksində güclü yanğın baş verib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları tərəfindən 9 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.

AZXEBER.COM xəbər verir ki, TƏBİB-dən APA-ya bildirilib ki, eyni diaqnozla 7 nəfərə yerində yardım olunub.

Eyni zamanda, 4 nəfərə stressə qarşı reaksiya üzrə, 1 nəfərə təpə nahiyəsinin əzilmiş yarası ilə bağlı yerində yardım göstərilib.

OXŞAR XƏBƏRLƏR