Mirzoyan İstanbuldakı görüşdə iştirak edəcək

SİYASƏT
17:25 15.10.2024
373
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) nazir Ararat Mirzoyanın xarici işlər nazirlərinin oktyabrın 18-də İstanbulda keçiriləcək "3+3” formatında üçüncü görüşündə iştirakını təsdiqləyib.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.

"Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 18-də Türkiyədə "3+3” regional məşvərət platformasının üçüncü görüşündə iştirak edəcək”, - o qeyd edib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin iştirakı ilə "3+3” formatında III görüşün keçiriləcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakını təsdiqləyib.
 
///report

OXŞAR XƏBƏRLƏR