Mirzoyan sabah Moskvaya gedəcək

DÜNYA
17:25 20.01.2025
178
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Rusiyanın paytaxtı Moskvaya işgüzar səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Mirzoyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.
 
Danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

OXŞAR XƏBƏRLƏR