Fransa millisinin sabiq qapıçısı Stiv Mandanda karyerasını başa vurub.
AZXEBER.COM xəbər verir ki, 40 yaşlı qolkiperin "Renn”lə müqaviləsi iyulun 1-də bitib və o, peşəkar futboldan ayrılmaq qərarı verib.
Mandanda klub və milli komanda səviyyəsində ümumilikdə 832 oyuna çıxıb. O, karyerası ərzində 7 titul qazanıb, o cümlədən 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Təcrübəli qapıçı ən çox "Marsel”dəki çıxışı ilə tanınıb və uzun illər bu komandanın simvolu sayılıb.