Misir koronavirusla bağlı məhdudlaşdırıcı tədbirləri mayın sonuna qədər uzadıb

Misir koronavirusla bağlı məhdudlaşdırıcı tədbirləri mayın sonuna qədər uzadıb
DÜNYA
23:01 19.05.2021
559
Misir hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudlaşdırıcı tədbirlərin mayın sonuna qədər uzadılmasına qərar verib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə ölkənin dövlət televiziyası bildirib.

Məlumata əsasən, ölkədəki mağazalar, kafe, restoran, teatr və digər mədəniyyət və əyləncə müəssisələri saat 21:00-a qədər bağlanmalıdır.
 
May ayının sonuna qədər kütləvi hər hansı bir görüş, konfrans, şənlik, mədəni tədbir keçirmək qadağandır. Toy və ad günlərinin yalnız açıq havada keçirilməsinə icazə verilir.
 
\Trend.az

OXŞAR XƏBƏRLƏR