Misir Mərdanovun xalası oğlu həbs edildi

Misir Mərdanovun xalası oğlu həbs edildi
MARAQLI
07:09 01.08.2011
1934
Misir Mərdanovun xalası oğlu Allehverdi Dəmirov bu idarənin rəisidir. Korrupsiya faktları Respublika Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı üzə çıxıb.

Məlumatlara görə, korrupsiya faktlarının aşkar edilməsinə görə bundan sonra Təsərrüfat hesablı Əsaslı Tikinti Idarəsi tikinti-təmir işlərilə məşğul ola bilməyəcək. Baş Prokurorluq bu yaxınlarda məktəblərin tikintisi zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmaların nəticəsi barədə rəsmi məlumat açıqlayıb. Bildirilib ki, Baş prokurorluq və Maliyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən 85 nömrəli və Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəblərin əsaslı tikintisi zamanı ciddi qanun pozuntularına yol verilməsi faktları müəyyən edilib. Müəyyən edilib ki, tikintisinin smeta dəyəri 341 min 965 manat olan 85 saylı məktəbdə “Azərbərpa” MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11.666 manat iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti mənimsənilib.

849 min 821 manat smeta dəyəri olan 123 saylı məktəbdə “Ramil” müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50.359 manat şişirdildiyi, 28 min 793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərək dövlət əmlakının mənimsənildiyi aşkar edilib.

“Layihə-smeta sənədlərindən kənarlaşmalara, keyfiyyətsiz işlər görülməsinə və bu kimi digər qanun pozuntularına baxmayaraq, qeyd olunan məktəb binaları Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən qəbul olunmaqla istismara verilib”, – deyə Baş Prokurorluq bildirib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsi tərəfindən qeyd olunan məktəblərdə əsaslı tikinti işlərini həyata keçirmiş “Azərbərpa”MMC və “Ramil” firmasının vəzifəli şəxsləri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda özgə əmlakını mənimsəməyə görə Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə bağlı cinayət işi başlanıb.

Allahverdi Dəmirovdan əvvəl Təhsil Nazirliyinin başqa bir əməkdaşı – Orxan Kərimov da rüşvət faktına görə həbs edilmişdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?