Misir Mərdanov direktor təyin edildi

SİYASƏT
16:39 29.04.2013
3652

Keçmiş təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutuna direktor təyin edilib.

Bu barədəAPA-ya AMEA vitse-prezidenti Akif Hacıyev bildirib. Onun sözlərinə görə, M. Mərdanov kollektivə bu gün təqdim olunub. Onu kollektivə AMEA prezidenti Akif Əlizadə təqdim edib.

Qeyd edək ki, M. Mərdanov prezident İlham Əliyevin aprelin 19-da verdiyi sərəncamla təhsil naziri vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR