Misir Mərdanov: "Qərbi Azərbaycan torpaqları boş qalıb, orada məskunlaşmalıyıq" - VİDEO

Misir Mərdanov: "Qərbi Azərbaycan torpaqları boş qalıb, orada məskunlaşmalıyıq" - VİDEO
SOSİAL
12:40 05.01.2023
179
"Biz Qərbi Azərbaycan ərazilərimiz haqda müfəssəl məlumat bazası hazırlamalıyıq".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri professor, Azərbaycanın sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov İctimai TV-də yayımlanan "Diqqət Mərkəzi" verilişində söyləyib.
 
Professor bildirib ki, Cənab Prezident də çıxışlarında deyib ki, bu ərazilərlə bağlı xüsusi informasiya portalı yaradılmalıdır:
 
"Əvvəla, bu portalı Azərbaycan ictimaiyyəti arasında yaymaq lazımdır, çünki bunu çoxları bilmir. Bundan sonra buradakı məlumatları müxtəlif dillərə tərcümə etdirib xarici ölkələrdə göstərməliyik. Təsəvvür edin ki, Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarında soyqırım həyata keçirdi, amma dünya ictimaiyyəti az qala Azərbaycanı terrorçu dövlət kimi qələmə verirdi. Mən Ulu öndər Heydər Əliyevlə birgə bir çox xarici səfərlərdə olmuşam. Heydər Əliyevin xarici səfər proqramlarında əsas yeri qırmızı xəritə tuturdu. Ulu öndər həmin xəritəni divardan asırdı və çubuğu götürərək Azərbaycanı, Qarabağı göstərirdi".
 
Misir Mərdanov qeyd edib ki, Qərbi Azərbaycanın torpaqları boş qalıb və biz orada mütləq məskunlaşmalıyıq.
 
Daha ətraflı İctimai TV-nin efirində:
 
Mikayıl
 

 

OXŞAR XƏBƏRLƏR