Misir Mərdanovun işdən çıxarıldığını yazan sayta hücum oldu

DÜNYA
23:56 04.06.2012
2218

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Təhsil Naziri Misir Mərdanovun işdən çıxarılması haqda xəbər yayılıb. Xəbər pia.az saytında yayımlanıb və sürətlə yayılıb. 

Məsələylə bağlı AZXEBER.COM Təhsil Nazirliyiylə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan xəbərlər düzgün deyil və nazir işinin başındadır. Bu hadisədən bir neçə saat sonra isə sayta haker hücumu olub və agentlik hazırda fəaliyyət göstərmir. Hücumun kim tərəfindən edilməsi haqda məlumat yoxdur. 

OXŞAR XƏBƏRLƏR